//script in header

Aflatoksinin təyini

Aflatoksinin təyini


Aflatoksinlər qida və yemdə göbələk növləri tərəfindən istehsal olunan, istehlak edilən qida və yem vasitəsilə insan və heyvan sağlamlığına mənfi təsir göstərən mikotoksinlərdir. Aflatoksinlər ummonisinlər, okratoksinlər, zearalenonlar və trikotesenlər kimi bu gün məlum olan çoxsaylı mikotoksinlərdən biridir. Aflatoksinlər Aspergillus flavus, A. parasiticus və A. nomius tərəfindən istehsal olunur.

Aflatoksinlərin dörd (4) növü var, yəni B1, B2, G1, G2. Qeyd etdiyimiz 4 növdən başqa, daha çox süd və süd məhsullarında olan süd toksini kimi tanınan Aflatoksin M1 var. Aflatoksin B1 heyvanlar tərəfindən yemlə birlikdə heyvan orqanizminə daxil olur və metabolizə edərək Aflatoksin M1-in əmələ gəlməsinə səbəb olur. Bütün növlərin toksiklik sırası B1>M1>G1>B2>G2-dir.

Aflatoksinlər, bütün mikotoksin növləri kimi, məhsul yığımı zamanı və saxlama zamanı çirklənə bilər. Yüksək toksikliklərinə görə sağlamlıq problemlərinə səbəb ola bilərlər. Ümumiyyətlə quru meyvə, qarğıdalı, buğda, arpa, düyü, fındıq, yerfıstığı/fıstıq, süd və pendir kimi bir çox qidada təsbit edilə bilir və bu qidalarda "Aflatoksin təyini" edilir.

11 Mart 2022