//script in header

Salmonellyoz nədir?

Salmonellyoz nədir?


Salmonella infeksiyası kimi tanınan və salmonella bakteriyasının yaratdığı salmonellyoz qida zəhərlənməsinin ən çox görülən nəticələrindən biridir.

Heyvanların və insanların bağırsaqlarında yaşayan salmonella bakteriyaları insan orqanizminə daha çox suyun və qidanın nəcislə çirklənməsi yolu ilə daxil ola bilir.

Salmonellyoz nəticəsində 8-72 saat arasında ishal, qızdırma və qarın ağrısı ilə müşayiət olunan simptomlar müşahidə olunur. Sağlam insanlarda sağalma 1-2 gün ərzində müşahidə olunur.

Ümumi simptomlar
- Qızdırma
- İshal
- Üşümə
- Qarın ağrısı
- Bəzən qusma
- Nəcisdə qan

Salmonelladan qorunmağın yolları:
- Çiy, az bişmiş yumurta, ət və quş əti yeyilməməlidir
- Çiy və pasterizə olunmamış süd və ya süd məhsulları istehlak edilməməlidir
- Bütün qidalar yaxşıca yuyulmalıdır
- Çarpaz çirklənmənin qarşısı alınmalıdır
- Əllər mütəmadi və yaxşı yuyulmalıdır

11 Mart 2022